EN

Natiq Cəfərli: Tələbələr istədiyi yerdə səs verə bilər

Bunun üçün seçkidən əvvəl qeydiyyatda olduğu ünvandan çıxarış almalıdır
 

 Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə tələbələrin fəallığı da əhəmiyyətli olacaq. Cəmiyyətin fəal təbəqəsi sayılan tələbələrin parlament seçkilərində iştirakı müzakirə predmetinə çevrilib.  Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, tələbələrin parlament seçkilərində rahat səs verməsi üçün addımlar atmalıyıq.
MSK qeyd edib ki, parlament seçkiləri ilə bağlı maarifləndirmə aparılmalıdır: "Bu proses xüsusilə gənclər və tələbələrlə həyata keçirilməlidir. Nəzərə almalıyıq ki, tələbələrin tətil dövrüdür. Onların rahat səs verməsi üçün müvafiq addımlar atmalıyıq".

  REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, MSK tələbələrlə bağlı məsələni necə həll edəcəyi barədə konkret fikir bildirməyib: 
“Amma mövcud qanunvericiliyə görə, seçkidən əvvəl hər bir Azərbaycan vətəndaşı qeydiyyatda  olduğu ünvandan çıxarış alaraq  istədiyi yerdə, daha doğrusu, öncədən sistemdə bəyan etdiyi məntəqədə  səs verə bilər. Yəqin ki, mövcud məsələ də məhz bu formulla həll ediləcək. Başqa bir çıxış yolu görmürəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
sherg.az

1Sources