EN

Azıx mağarasının səsi: "Danışan Abidələr" layihəsi qısametrajlı film şəklində canlandırıldı - VİDEO

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Danışan abidələr” layihəsi çərçivəsində hazırlanan “Danışan abidələr: Azıx mağarası” adlı qısametrajlı filmdə 30 il işğal altında olan, silah anbarına çevirilən, sinəsinə dağ çəkilən Azıx mağarası “dilə gəlir”, məktəbli ilə dialoq qurur, başına gətirilən erməni vəhşiliklərindən danışır.

QHT.az xəbər verir ki, filmin rejissoru Elnur Cəbrayılov, ssenari müəllifi Esmira Namiqqızı, layihə rəhbəri Jalə Sabirqızı, direktoru Anar Yusifoğludur. Azıx mağarası və Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli orta məktəbdə çəkilən filmdə müəllim obrazını həmin məktəbin tarix müəllimi Rəhim Məstəliyev, şagird obrazını 8-ci sinif şagirdi Nurlan Tahirov canlandırıb. Ssenari tarixi faktlara əsaslanaraq, bədii üslubda yazılmaqla dünyaya vacib mesajlar ötürür. Film bu məqsədlə ingilis dilinə tərcümə edilib.

Daha ətraflı videoda:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
qht.az

1Sources