EN

Müsavat Partiyası parlament seçkisində iştirak edəcəkmi? - Partiya rəsmisindən açıqlama

Məlum olduğu kimi Azərbaycanda mandatlı seçki dairələri üzrə deputatlığa namizədliyin irəli sürülməsi prosesi başlayıb. Milli Məclisə növbədənkənar seçkilər üçün seçkiqabağı təşviqat avqustun 9-u başlayacaq, avqustun 31-i dayandırılacaq. Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlamalıdır. Səsvermənin başlanmasına 24 saat qalmış isə dayandırmalıdırlar. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, Milli Məclisə növbədənkənar seçkilərdə siyasi partiyaların iştirakı geniş olacaq. Artıq ölkədəki partiyalar, ictimai-siyasi təşkilatlar, ayrı-ayrı şəxslər növbədənkənar seçkilərə hazırlığa başlayıblar.
Bəs Müsavat Partiyası növbədənkənar parlament seçkisində iştirak edəcəkmi? 

Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı "Sherg.az"a açıqlamasında deyib ki, yaxın günlərdə seçkidə iştirak edib-etməmək barədə yekun qərar veriləcək: 

"İyulun 4-də Müsavat Məclisinin iclası olacaq. Yığıncaqda partiyanın seçkilərdə iştirak edib-etməməsi haqda yekun qərar veriləcək. Hansı qərar veriləcəksə, ona uyğun addım atacağıq".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
sherg.az

1Sources