EN

Xavi "Bayern"də - Razılıq əldə olundu

Ötən mövsümü "Leyptsiq"də keçirən niderlandlı yarımmüdafiəçi Xavi Simons karyerasını Bundesliqa nəhəngi "Bayern"də davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq məlumat yayıb.



Mənbənin məlumatına görə, artıq tərəflər şəxsi müqavilənin detallarını razılaşdırıblar. 

Xavinin transfer hüquqları Fransa klubu PSJ-yə məxsusdur. "Leypsiq" də öz növbəsində onun icarə müddətini uzatmaq istəyir.

Simons hazırda AÇ-2024-də mübarizə aparır. Bu gün, iyulun 2-də Niderland yığması Rumıniya ilə qarşılaşacaq.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
fanat.az

1Sources