EN

“YouTube” süni intellektlə hazırlanan videolarla bağlı son qərarını verib

Bakı. Trend:

“YouTube” son vaxtlar artan süni intellekt texnologiyaları iləistehsal edilən saxta məzmuna qarşı yeni bir addım atıb.

Trend-in məlumatına görə, istifadəçi “deepfake” (Dipfeyk süniintellekt neyron şəbəkələrindən istifadə edərək yaradılan foto,audio və video materialların, səsin sintezi üçün texnologiyadır)məzmunlu video yayımlayırsa, bunu həm “YouTube”a, həm də şərhbölməsində izləyicilərinə bildirməlidir. Bu məlumat paylaşılmazsa,video ən qısa zamanda silinəcək.

Yuxarıda göstərilən şərtlərə əməl olunmazsa platforma rəsmiolaraq istifadəçilərin şikayətlərinə uyğun olaraq belə məzmunusiləcəyini açıqlayıb.

Qeyd edək ki, yüklənən hər hansı "deepfake" video şikayətdənsonra 48 saat ərzində silinəcək və onu yükləyən kanalcəzalandırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
4
az.trend.az

5Sources