EN

İnsanlar ayağa qalxdı: Əcnəbi vətəndaş 5 yaşlı uşağa təcavüz etdi - FOTO+VİDEO

İnsanlar ayağa qalxdı: Əcnəbi vətəndaş 5 yaşlı uşağa təcavüz etdi - FOTO+VİDEO

Türkiyədə 5 yaşlı uşağı cinsi istismar edən xarii ölkə vətəndaşı məhkəmənin qərarı ilə həbs edilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Suriya vətəndaşı olan şəxs 5 yaşlı uşağa zorakılıq edən zaman görülüb. Baş verənlərdən sonra camaat yığışıb və suriyalı şəxsi ələ keçirmək üçün qalmaqal yaradıb.

Hadisə yerinə çoxlu sayda polis, tibb və yanğınsöndürmə briqadası göndərilib. Şübhəli şəxs xüsusi təyinatlılar tərəfindən hadisə yerindən uzaqlaşdırılıb. Toplaşan qrup işə avtomobilləri çevirərək bəzi iş yerlərini yandırıb. Polis qrupları kütləni dağıtmaq üçün TOMA-dan (kütləvi ixtişaşlara müdaxilə maşını) istifadə edib.

Hadisədən sonra saxlanılan şəxs məhkəməyə göndərilib və çıxan qərar ilə həbs edilib. Məsələ ilə bağlı araşdırmalar başlayı

Cinsi zorakılıq halı üzə çıxdıqdan sonra şəhərdə baş verən hadisələrdə 14 polis əməkdaşı və 1 yanğınsöndürən yaralanıb. Hadisələrlə bağlı yayım qadağası qoyulub. Daxili işlər naziri Əli Yerliqaya da 67 nəfərin saxlanıldığını açıqlayıb.

İnsanlarİnsanlarİnsanlar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
sonxeber.az

1Sources