EN

Türkiyə və Suriya nümayəndələri Bağdadda görüşəcəklər

Image

İraqın paytaxtı Bağdadda Türkiyə və Suriya nümayəndələri arasında görüş olacaq. Bu barədə “TGRT Haber” məlumat yayıb. Qeyd olunub ki, tərəflər münasibətlərin normallaşmasını müzakirə edəcəklər. Görüşün dəqiq tarixi hələ ki açıqlanmayıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Ankara ilə Dəməşq arasında münasibətlərin bərpasına mane olan amilin olmadığını bəyan edib.

Mətləb






Chosen
85
8
baki-xeber.com

9Sources