EN

NATO rəsmisini Kiyevdə yerləşdirəcək

Yeni dəstək tədbirləri çərçivəsində NATO Kiyevdə yüksək səviyyəli mülki mövqe yaradacaq.

KONKRET.az xəbər verir ki, bu addın  NATO-nun Ukrayna üçün Təhlükəsizlik və Təlim Yardımı adlı əməliyyatının bir hissəsidir. Burada 32 alyans ölkəsindən 700-ə yaxın amerikalı və digər əməkdaş iştirak edəcək. Onun tərkib hissəsi kimi alyans həmçinin Almaniyanın Visbaden şəhərində Ukraynaya hərbi texnikanın tədarükü və Ukrayna qoşunlarının təlimini əlaqələndirmək üçün yeni komandanlıq yaratmağı planlaşdırır.

Əməliyyat Ukraynada müharibə başlayandan bəri ABŞ ordusunun missiyasının böyük hissəsini öz üzərinə götürəcək və Donald Tramp prezident seçkilərində qalib gələrsə, Kiyevə yardım səylərini qorumağa çalışacaq.

Yeni tədbirlər NATO-nun gələn həftə Vaşinqtonda keçiriləcək sammitində elan ediləcək.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
konkret.az

1Sources