EN

Avstriyanın buzlaqları 2070-ci ilə qədər tamamilə əriyə bilər - SOS

Avstriyadakı buzlaqlar ildə orta hesabla 20 m-dən çox geri çəkilir və növbəti 46 il ərzində tamamilə əriyə bilər.

Ucnoqta.az xəbər verir ki, bu qənaətə Avstriya Alp Klubunun buzlaqların ölçülməsi xidməti gəlib.

Avstriya mətbuat agentliyinin xidmətə istinadən verdiyi məlumata görə, respublikadakı 90 buzlaqdan heç biri öz kütləsini daşımaq iqtidarında deyil. "Avstriya buzlaqları yalnız keçmişdə yığılmış buz ehtiyatları sayəsində mövcuddur" - xidmət direktoru deyib.

Mütəxəssis əlavə edib ki, ərimə nəticəsində buzlaqlarda çatlar əmələ gəlir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
ucnoqta.az

1Sources