EN

Macarıstanın rusiyapərəst baş naziri Orban Kiyevə gedib

Baş nazir Viktor Orban bu gün səhər saatlarında Kiyevə gəlib. Bizimyol.info xəbər verir ki, bu barədə Macarıstan hökumətinin nümayəndəsi Zoltan Kovaç sosial şəbəkədə məlumat verib. “Viktor Orban prezident Vladimir Zelenski ilə Avropa sülhünü müzakirə etmək üçün bu səhər Kiyevə gedib”, - deyə Kovacs yazıb. O, həmçinin qeyd edib ki, danışıqlar sülhün əldə edilməsi imkanlarına, eləcə də Macarıstan-Ukrayna ikitərəfli münasibətlərinin aktual məsələlərinə həsr olunacaq. Eyni zamanda, paytaxt kanalları Viktor Orbanın kortejinin Kiyev küçələri ilə hərəkətini əks etdirən videogörüntülər yayıb. Göründüyü kimi, rusiyayönlü siyasətçi prezident Zelenski ilə görüşmək üçün Bankovaya gedir. Orban 2015-ci ildən Kiyevdə olmayıb. Ukrayna mətbuatının verdiyi məlumata görə, Macarıstanın baş nazirinin bu səfəri Macarıstanın Aİ-yə sədrlik etdiyi bir vaxta təsadüf edir. Orban bu ölkəyə genişmiqyaslı işğalın başlanmasından bəri ilk dəfə səfər edir. İyulun 1-dən Macarıstan Avropa İttifaqı Şurasına 2024-cü il dekabrın 31-dək davam edəcək altı aylıq sədrliyə başlayıb. Aİ Şurasına sədrlik altı aydan bir Avropa İttifaqına üzv olan 27 ölkə arasında rotasiya əsasında həyata keçirilir. Sədrlik edən ölkə Aİ Şurasının işinə rəhbərlik edir və Aİ-nin digər qurumları ilə danışıqlarda bütün üzv ölkələri təmsil edir. Orban Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını tənqid edib. O, jurnalistlərə bildirib ki, Macarıstan "bu üzvlük prosesi ilə razı deyil", lakin buna mane olmayacaq. Onun fikrincə, danışıqların başlanması “sırf siyasi motivli prosesdir”. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
42
bizimyol.info

10Sources