EN

Qərb ölkələri Ukraynadan silah alınması üçün 675 milyon dollar ayıracaq

Qərb ölkələri Ukraynadan silah almaq üçün 675 milyon dollar vəd edib. 

"Operativ Media" xəbər verir ki, bunu Ukraynanın strateji sənaye nazirinin müşaviri Yuri Sak deyib.

Onun sözlərinə görə, Ukrayna hərbi-sənaye kompleksi Kiyevin təkbaşına ala biləcəyindən qat-qat artıq silah istehsal etməyə qadirdir. Ölkə hakimiyyəti Qərbin bu məqsədlə pul ayıracağına ümid edir. Kanada və Hollandiya isə artıq maliyyələşdirməyə söz veriblər.

Sak qeyd edib ki, Kiyevin əsas məqsədi qlobal maliyyə toplama kampaniyası aparmaq və 10 milyard dollar toplamaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources