EN

"6 iyul saat 02:57-də baş tutacaq" - Astroloqdan XƏBƏRDARLIQ

Türkiyəli astroloq Hande Kazanova, 6 iyul yerli vaxtla saat 02:57-də Xərçəng bürcündə baş verəcək yeni ayın 12 bürcünə təsirlərini açıqlayıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Hande Kazanova Xərçəng yeni ayı ilə bağlı şərh verib.
 
O, həmin şərhdə bildirib:
 
\"Şənbə günü saat 02:57-də 14 dərəcə Xərçəng bürcündə yeni ayı qarşılayacağıq. Xərçəng ailə, məskunlaşma və milli mövzularla bağlıdır. Qida və içki tədarükü, daşınmaz əmlak, abadlıq, texniki qulluq və yerləşdirmə kimi müəssisələr ön plana çıxacaq. 
 
Tikinti və istehsalatda çalışanların həyatlarında vacib qərarlar verəcəkləri dönəm olacaq. Ailədaxili mübahisələr və ailə mövzuları yeni ayın əsas mövzuları ola bilər. Təhlükəsizliyimizə önəm verəcəyik. Daha çox milli məsələlərə diqqət yetirə bilərik, millətçilik ön plana çıxacaq\".
 

Chosen
55
11
azxeber.com

10Sources