EN

DİN: İyulun ilk günü 18 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

İyulun 1-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 17,9 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, – deyə DİN-in məlumatında bildirilib.

DOĞRU.AZ

Chosen
90
17
dogru.az

10Sources