EN

"Türkiyə ilə oyunda varımızı-yoxumuzu meydana qoyacağıq"

style='margin-bottom:10px;'>

Avstriya millisinnin baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün 1/8 finalında bu gün Türkiyəyə qarşı keçirəcəkləri görüş haqqında danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis 1/4 finala adlamaq üçün əllərindən gələni edəcəklərini deyib: 

"Qrup mərhələsində Leyptsiqdə 1/8 final oyununa çıxacağımızı söyləsəydilər, deyərdim ki, çox nikbinsiniz. Bu mərhələdə olmağımız möhtəşəmdir. Türkiyə millisinin ço güclü olduğunu bilirik, amma bu görüş üçün yaxşı həll yolları tapmağa çalışırıq. Türkiyə ilə yoxlama oyununda qazanılan qələbənin bugünkü matça aidiyyəti yoxdur. Xüsusi bir üstünlüyə sahib olduğumuzu düşünmürük. Öz futbolumuzu oynayacağıq. Varımızı-yoxumuzu bu gün meydana qoyacağıq".

Qeyd edək ki, Avstriya - Türkiyə oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
2
teleqraf.com

3Sources