EN

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Bakı. Trend:

İyulun 2-si saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbərverildiyi kimi, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxır,arabir leysan xarakterli yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən Trend -ə verilən məlumatagörə, düşən yağıntının miqdarı Gədəbəydə 33 mm, Daşkəsəndə 13 mm,Ordubad, Göygöldə 9 mm, Sədərəkdə 7 mm, Gəncə, Şərurda 6 mm, Tovuz,Şəmkir, Qax, Balakən, Zaqatala, İsmayıllı, Göyçay, Goranboy, Şəki,Xaltan, Kürdəmir, Lerik, Ceyrançöl, Naftalan, Şahbuz, Naxçıvan,Beyləqan, Mingəçevir, Yevlaxda 3 mm-dək olub.

Öncədən xəbər verildiyi kimi, iyulun 1-də ölkənin bəzibölgələrində sarı və narıncı xəbərdarlığa uyğun olaraq küləkli havaşəraiti müşahidə olunub. Narıncı xəbərdarlığa uyğun olaraq Culfadaşərq küləyi əsib, arabir 23 m/s-dək güclənib. Sarı xəbərdarlığauyğun olaraq isə küləyin sürəti Gəncə, Naxçıvanda 20 m/s,Naftalanda 18 m/s, Ağdam, Şəmkirdə 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında,eləcə də Aran rayonlarında 33, Naxçıvan MR-da 31, dağlıq rayonlarda23 dərəcəyədək isti olub.

Bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 3-üaxşamadək davam edəcək.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
49
az.trend.az

10Sources