EN

“İntiqam hissinə qapıla bilmərik, bu, düzgün düşünməyimizə mane olar” – Montella Avstriya matçı öncəsi danışıb + VİDEO

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində qarşılaşacaqları Avstriya matçı öncəsi mətbuat konfransı keçirib.

“AzPolitika” xəbər verir ki, italiyalı məşqçi Avstriya yığmasının aqressiv oyun tərzinə sahib bir komanda olduğunu deyib:“Avstriya hər mənada kompakt və aqressiv oyun nümayiş etdirən komandadır. Bir neçə ay əvvəl Avstriya ilə matçımız var idi. Yaxşı komdadılar, bəlkə də ən yaxşıdılar”.

Vinçenzo Montella gənc futbolçu Arda Gülərlə bağlı suala isə belə cavab verib:“Əgər kifayət qədər yaxşısansa, yaşın da kifayət edir. Əgər istedadlısansa, 15 yaşında da istedadlı ola bilərsən. Arda çox istedadlı oyunçudur. Bunu hər kəs görə bilər. Gənc bir oyunçudu, amma bəzi mövqelərdə özünü inkişaf etdirməlidir və edəcək də”.

Ötən martda Avstriya ilə yoldaşlıq oyununda 6:1 hesabı ilə uduzduqlarını xatırladan Montella sözlərinə bu cür davam edib: “O matçın ilk yarısı bərabər səviyyədə keçmişdi. Matç başqa hesabla da bitə bilərdi. Hər iki komanda matçda qalib gələ bilərdi. İlk yarıda psixoloji bir geriləmə yaşadıq və toparlana bilmədik. O başqa matç idi, bu başqa. Bu dəfə də nəticə fərqli olacaq. Məncə, ilk iş emosiyalarımızın işimizə mane olmasına imkan verməməkdir. İntiqam hissinə qapıla bilmərik, bu, düzgün düşünməyimizə mane olar. Nə edə biləcəyimizi bilirik”.

Qeyd edək ki, Türkiyə-Avstriya matçı bu gün Bakı vaxtə ilə saaat 23:00-da start götürəcək.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources