EN

“Makkabi” 3 oyunçunu İspaniyaya aparmadı

“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Hayfa “Makkabi”si heyətlə bağlı ciddi problemlər yaşayır.

Futbolinfo.az İsrail mətbuatına istinadən xəbər verir ki, komandanın aparıcı futbolçusu Abdulaye Sek Azərbaycan klubu ilə matçları buraxa bilər. Buna səbəb Seneqal millisinin mərkəz müdafiəçisinin şəxsi problemlərlə üzləşməsidir.

32 yaşlı oyunçu bu səbəbdən bu gün təlim-məşq toplanışı üçün İspaniyaya yollanacaq kollektivə qoşulmayıb. Onun düşərgəyə nə zaman qatılacağı məlum deyil. Abdulaye Sekin “Sabah”la görüşləri buraxmaq ehtimalı yüksək qiymətləndirilir.

Bundan başqa, Suf Podqoreanu və Maor Levi də İspaniyaya aparılmayıb. Onların başqa klublara satılması gözlənilir. İcarədən qayıdan bu oyunçular üçün danışıqlar aparılır.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.

Chosen
72
futbolinfo.az

1Sources