EN

KONKRET.az saytının 5 yaşı tamam oldu

KONKRET.az saytının yaranmasından 5 il ötür. Sayt 2019-cu il iyulun 2-də fəaliyyətə başlayıb. Qısa müddət keçməsinə baxmayaraq, Azərbaycan mediasında özünəməxsusluğu ilə seçilən saytda ölkəmizdə və dünyada baş verən xəbərlər operativ şəkildə işıq üzü görüb. Onlayn qəzet olaraq saytda dərc edilən analitik materiallar, araşdırma, müsahibə və digər janrlarda bir-birindən maraqlı yazılar geniş oxucu kütləsi qazanıb. 

Ölkəmizdə söz azadlığının, milli mətbuat ənənələrinin qorunmasında saytın da xüsusi rolu olub. 

Saytın peşəkar heyəti, əməkdaşlıq etdiyi jurnalistlər bundan sonra da əlindən gələni edəcək ki, KONKRET.az daha  oxunaqlı olsun, dünyada baş verən proseslərə işıq tutsun, informasiya təhlükəsizliyi mühitnə öz töhfəsini versin. 

Qeyd edək ki, saytın baş redaktoru Fadil Paşayevdir. 

Bizim.Media-nın kollektivi adından həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik! 

Bizim.Media

Chosen
41
6
bizim.media

10Sources