EN

“Bu, son Avropa çempionatımdı”- Ronaldo

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Avro-2024-ün 1/8 finalında Sloveniyanı məğlub etmələri haqda danışıb. Matc.az xəbər verir ki, 39 yaşlı futbolçu bu Avropa çempionatının onun üçün sonuncu olduğunu bildirib. “Bu, son Avropa çempionatımdı. Amma bundan narahat deyiləm. Portuqaliya millisinin forması üçün həmişə hər şeyimi vermişəm”, - deyə o bildirib. Qeyd edək ki, Portuqaliya millisi Sloveniyaya penaltilər seriyasında qalib gələrək növbəti mərhələyə adlayıb. Matçda penaltini qaçıran Ronaldo oyunsonrası penaltilər seriyasında isə səhv etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
matc.az

1Sources