Bu gün AÇ-2024-də pley-off mərhələsi başa çatır.

Offsideplus.az xəbər verir ki, son 2 oyun sayəsində 1/4 finala vəsiqə qazananlar bəlli olacaq.

Günün ilk matçında Rumıniya Niderlandla üz-üzə gələcək. Pley-offun son görüşündə isə Türkiyə Avstriyanı sınağa çəkəcək.

AÇ-2024

1/8 final

2 iyul

20:00. Rumıniya - Niderland

Baş hakim: Feliks Şvayer (Almaniya).

Münhen, "Alyans Arena".

23:00. Avstriya - Türkiyə

Baş hakim: Artur Diaş (Portuqaliya).

Leyptsiq, "Red Bull Arena".