EN

Macarıstanın baş naziri Ukraynaya gedir

Macarıstanın baş naziri Viktor Orban çərşənbə axşamı, iyulun 2-də Kiyevə səfər edəcək.

Herbiand.az xəbər verir ki, bu barədə Financial Times qəzeti üç məlumatlı mənbəyə istinadən məlumat yayəb.

Bu Orbanın 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı təcavüzü başlayandan bəri Ukraynaya ilk səfəri olacaq.

Macarıstan Aİ Şurasına iyulun 1-dən 2024-cü ilin sonuna kimi rəhbərlik edəcək. Eyni zamanda, Orban və Zelenski bu yaxınlarda Brüsseldə Aİ sammitində qısa danışıqlar aparıblar.

Chosen
50
herbiand.az

1Sources