EN

BVF bu ölkədə iqtisadi islahatlara dəstək üçün 360 milyon dollar ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) İcraiyyə Şurası Qananın iqtisadi islahatlarını dəstəkləmək üçün 360 milyon dollar ayırıb.

Banco.az xəbər verir ki, bununla bağlı BVF bəyanat yayıb.

Məlumata görə, Qananın kredit xətti üzrə aldığı ümumi məbləğ 1,56 milyard dollar təşkil edib.

Fond Qananın rəsmi kreditor komitəsi ilə razılaşmasının proqramın tələblərinə uyğun olduğunu bildirib.

Qeyd edək ki, Qərbi Afrika ölkəsi yüksək inflyasiya, qeyri-sabit məzənnə rejimi və son illərdə borcun artması fonunda iqtisadiyyatda islahatlar aparmaq üçün bir il əvvəl BVF-dən 3 milyard dollar kredit götürüb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
banco.az

1Sources