EN

Azərbaycanlı zəvvarlardan XƏBƏR VAR

Gecəyarısı Mədinədən Bakıya gələn təyyarə ilə azərbaycanlı zəvvarların son qrupu Bakıya gətirilib.

Publika.az bildirir ki, bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.

İdarə rəsmisinin sözlərinə görə, Məkkədən sonra Mədinəyə gələn zəvvarlar artıq evə dönüblər:

"Məkkədə həcc ziyarətini başa vurduqdan sonra zəvvarlar peyğəmbərimizin şəhəri sayılan Mədinədə bir neçə gün qonaq olublar. Burada onlar peyğəmbərin məscidində namaz qılıblar, onun məzarını, böyük səhabələrin və imamların qəbirlərini ziyarət ediblər. Zəvvarlar Quba məntəqəsində yerləşən islam tarixinin ilk məscidinə, Uhud döyüşünün baş verdiyi əraziyə və s. tarixi yerlərə təşkil olunmuş ekskursiyadan da zövq alıblar. Artıq bütün zəvvarlar evlərinə qayıdıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
8
publika.az

10Sources