EN

Venesuela prezidenti ABŞ-la birbaşa danışıqların bərpa olunduğunu açıqlayıb

Venesuela iki ölkə arasında münasibətləri bərpa etmək üçün ABŞ-la birbaşa danışıqları bərpa edir.

"Operativ Media" xəbər verir  ki, bu barədə Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Venezolana de Televisión telekanalının “Maduro Plus ilə” proqramında bildirib.

"Mən ABŞ hökumətinin birbaşa dialoqu bərpa etmək təklifini qəbul etdim. Biz yeni sazişlərin bağlanması və əvvəllər bağlanmış sazişlərin həyata keçirilməsinə nail olmaq üçün danışıqlar aparacağıq", - prezident bildirib. 

Qeyd edək ki, Venesuela hökuməti 2019-cu il yanvarın 23-də Amerika administrasiyası müxalifətçi Xuan Quaydonu respublikanın müvəqqəti prezidenti kimi dəstəklədikdən sonra ABŞ ilə diplomatik əlaqələri kəsib. ABŞ və müttəfiqləri birtərəfli qaydada Venesuelaya qarşı 930-dan çox məhdudlaşdırıcı tədbir tətbiq edib. Respublika iqtisadiyyatına ən böyük ziyan 2019-cu ildə dövlət neft-qaz şirkəti PDVSA-ya qarşı tətbiq edilən sanksiyalar nəticəsində olub. Bəzi məlumatlara görə, Amerikanın neft-qaz sənayesinə qarşı sanksiyaları səbəbindən Venesuela 232 milyard dollardan çox itirib. Ümumi iqtisadi itkilər 642 milyard dollar qiymətləndirilir. Respublikaya məxsus təxminən 30 milyard dollar Qərb banklarında dondurulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
1
operativmedia.az

2Sources