EN

Amerika Kuboku: Uruqvay 1/4 finalda, ABŞ dayandı

Amerika Kubokunda C qrupunun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Uruqvay millisi 3-cü matçda ABŞ-ni məğlub edərək maksimum nəticə ilə qrupu lider bitirib.

Panama isə Boliviyanı üstələyərək adını 1/4 finala yazdırıb.

ABŞ və Boliviya qrupdan çıxa bilməyib.

Amerika Kuboku
Qrup mərhələsi, III tur

C qrupu

ABŞ – Uruqvay 0:1
Qol: M.Olivera, 66

Boliviya – Panama 1:3
Qollar: B.Miranda, 69 – X.Farado, 22, E.Gerrero, 79, K.Yanis, 90+1

Xal durumu: Uruqvay – 9, Panama – 6, ABŞ – 3, Boliviya – 0

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources