EN

Azərbaycan COP29-da iqlim tədbirlərində aparıcı rol nümayiş etdirməyə hazırdır - Elnur Soltanov (ÖZƏL MÜSAHİBƏ) (FOTO/VİDEO)

Bakı. Trend:

Bu il Azərbaycan iqlim üzrə aparıcı qlobal müzakirələrdə mühümrol əldə edib.

Bu barədə Trend-ə özəl müsahibəsində energetika nazirinimüavini, COP29-un baş direktoru Elnur Soltanov deyib.

"Beynəlxalq ictimaiyyət Azərbaycana konkret mandatları və mühümməsələləri özündə ehtiva edən danışıqlar prosesinə rəhbərlik etməyihəvalə edib. BMT orqanlarının izlədiyi danışıqlar prosesiAzərbaycanın BMT qurumları ilə əməkdaşlıq çərçivəsində həyatakeçirəcəyi və başa çatdıracağı tədbirlərin keçirilməsini nəzərdətutur", - nazir müavini deyib.

O, danışıqlar prosesində bütün tərəflərin qərarlarırazılaşdırmalı olduğu konsensusun vacibliyini vurğulayıb.Azərbaycan həmçinin özünün qlobal istiləşmə ilə bağlı milliprioritetləri müəyyən edən sədrlik fəaliyyət proqramı çərçivəsindəmuxtariyyətə malikdir.

Danışıqların əsas məsələlərinə gəlincə, nazir müavini maliyyəməsələsini, xüsusən də Paris sazişi çərçivəsində inkişaf etməkdəolan ölkələrə dəstək baxımından birinci dərəcəli adlandırıb. Onunsözlərinə görə, COP29-da müzakirələr razılaşdırılmış 100 milyarddollarlıq fondun artırılmasına yönəldiləcək ki, bu da iqlimdəyişikliyi sahəsində qlobal tədbirlər üçün həlledici əhəmiyyətkəsb edir.

"Karbon bazarlarına həsr olunmuş 6-cı maddə də daha bir mühümməsələdir”, - deyə E.Soltanov əlavə edib: "Bu bir ölkədə istixanaqazları emissiyalarının azaldılmasının digər ölkələrin faydası üçünistifadə oluna biləcəyi əsasın yaradılmasına yönəlməklə qlobaləməkdaşlığa və maliyyə stimullarına imkan yaradır".

Elnur Soltanov əlavə edib ki, İkiillik Şəffaflıq Hesabatları(BTRs) iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal tədbirlərdəetimad və hesabatlılığın möhkəmləndirilməsi üçün həllediciəhəmiyyət kəsb edir. O, Paris Sazişinin "ümumi, lakinfərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar" prinsipinivurğulayaraq, inkişaf etməkdə olan kiçik ada ölkələrininemissiyalarda minimal rol oynadığını, lakin mühüm iqlim təsirləriilə üzləşdiyini qeyd edib.

O, maliyyə dəstəyindən səmərəli istifadənin təmin edilməsi vəölkələr arasında etimadın möhkəmləndirilməsi üçün şəffaflıqhesabatlarının vacibliyini vurğulayıb. İkiillik ŞəffaflıqHesabatları Paris Sazişinin şəffaflığı çərçivəsində maliyyəaxınlarını və nəticələrin yüngülləşdirilməsi üzrə tədbirləritəfərrüatlandırmaqla buna imkan yaradır.

İkiillik Şəffaflıq Hesabatlarının təqdim edilməsi üçün son tarixyaxınlaşdıqca, Soltanov qeyd edib ki, 60-a yaxın ölkə, o cümlədənAzərbaycan öz hesabatlarını hazırlayır. O, nisbətən az inkişafetmiş və kiçik ada dövlətlərinin şəffaflıq prosesində tamiştirakını dəstəkləməyin əhəmiyyətini vurğulayıb. "Biz bu ölkələrilazımi resurslarla təmin etməliyik", - deyən baş direktorAzərbaycanın şəffaflığa və qlobal iqlim liderliyinə sadiqliyinitəsdiqləyib.

Baş direktor həmçinin keçmiş inkişaf modellərinin inkişafetməkdə olan və həssas ölkələrə təsirlərini aradan qaldırmaq üçünhəlledici əhəmiyyət kəsb edən İtki və Zərər Fondu ilə əlaqədar həlledilməmiş məsələlərə diqqət çəkib.

Enerji keçidindən bəhs edən E.Soltanov tullantıların azaldılmasıvə enerjin təhlükəsizliyi arasında balansın təmin edilməsi üçünvacib hesab edilən təbii qazın keçid yanacaq növü olaraq rolunuvurğulayıb. Bununla əlaqədar olaraq, Azərbaycanın Qlobal MetanÖhdəliyinə sadiqliyi onun emissiyalara nəzarət sahəsində fəalmövqeyini bir daha nümayiş etdirir.

"Təbii qaz gələcəkdə keçid yanacağı kimi qəbul edilməsi üçünlazmdır. Bu, ətraf mühitin çirklənməsindən və qaz emissiyalarındanqurtulmazdan əvvəl çox vacibdir. İstixana qazı emissiyaları problemolaraq qalır; hətta COP28-də yekunların çıxarılmasına dair qlobalhəll təbii qazı keçid dövrü yanacağı olaraq qəbul edir. Bu onunlaizah olunur ki, bizdə olan bütün yanacaq növləri arasından ətrafmühiti ən az o çirkləndirir. Lakin eyni zamanda metantullantılarına çox diqqətlə nəzarət olunmalıdır, çünki neftdən vəmüəyyən dərəcədə kömürdən fərqli olaraq, təbii qaz özlüyündə çoxgüclü istixana qazıdır" , - deyə o aydınlıq gətirib.

"Eyni zamanda, özünün enerji dəhlizləri ilə tanınan Azərbaycandiqqətini "yaşıl" dəhlizlər"ə yönəldir", - deyə E.Soltanov qeydedib. O, Aİ-nin dəstəklədiyi dəniz küləyinin yaratdığı elektrikenerjisini Gürcüstan, Qara dəniz, Rumıniya və Macarıstan vasitəsiləAvropaya ixrac etməyə yönəlmiş "yaşıl enerji" dəhlizi təşəbbüsündəndanışıb.

"Birgə müəssisə yaradılacaq, ilkin texniki-iqtisadiqiymətləndirmə böyük perspektivlər göstərir və xariciinvestisiyaları cəlb edir", - deyə E.Soltanov bildirib.

Onun sözlərinə görə, regional əməkdaşlığa Avropanın elektrikenerjisinə olan tələbatını ödəmək üçün Azərbaycan, Qazaxıstan vəÖzbəkistanla Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrindənistifadəni nəzərdə tutan yenilikçi Transxəzər kabel layihəsidaxildir. Təşəbbüs enerji təhlükəsizliyinin artırılmasını vədayanıqlı inkişafı vəd edir.

Sonda Soltanov CO29-un nəticələri ilə bağlı nikbin olduğunubildirib və vurğulayıb ki, uğurun yekun göstəricisi istixanaqazlarının emissiyalarının azaldılması üzrə ölçülə biləntədbirlərdir. O, Azərbaycanın regional sabitlik və enerjitəhlükəsizliyindəki tarixi rolunu qlobal iqlim liderliyinin sübutuolaraq qeyd edib.

"Azərbaycanın COP29-a sədrliyi 2025-ci ilə qədər davamedəcəyindən, əsas tədbir isə bu ilin noyabrında keçiriləcəkkonfrans olacağından, məqsədimiz aydındır: həm Azərbaycana, həm dədünyaya fayda gətirməsi üçün emissiyaların əhəmiyyətli dərəcədəazaldılması", - deyə E.Soltanov son olaraq deyib və Azərbaycanındünya arenasında səmərəli iqlim qərarları təklif etməkimkanlarından əmin olduğunu bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
1
az.trend.az

2Sources