EN

Qapıçı 3 penaltini qaytardı, Portuqaliya Sloveniya səddini keçdi

Almaniyada təşkil olunan Avropa çempionatının Portuqaliya və Sloveniya arasında 1/8 final görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb - 0:0.

“Frankfurt Arena” gerçəkləşən matçın qalibi penaltilər seriyasında bəlli olub.

Burada isə Portuqaliya daha dəqiq olaraq (3:0) 1/4 finala yüksəlib. Onalrın qapıçısı Dieqo Koşta rəqibin 3 penaltisini dəf edib.

Burada daha dəqiq oynayan (3:0) portuqaliyalılar 1/4 finala yüksələrək Fransaya rəqib olublar.

Portuqaliya - Sloveniya - 0:0 (Penaltilər - 3:0)

Qırmızı vərəqə: Matyaz Kek, 105+1 (Sloveniya)

Reallaşdırılmayan penalti: Kriştiano Ronaldo, 105 (Portuqaliya)

Baş hakim: Daniele Orsato (İtaliya)

"Deutşe Bank Park"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
sportinfo.az

1Sources