Almaniyada keçirilən Avropa çempionatında 1/8 final həyəcanı davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

Əvvəlcə Fransa və Belçika yığmaları üz-üzə gəlib. Bu görüşdə fransızlar minimal hesablı qələbə qazanıb: 1:0.

Günün digər oyunu Portuqaliya yığması ilə Sloveniya millisi arasında baş tutub. Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. Kristiano Ronaldo, Bruno Fernandeş və Bernardo Silvanın düzgün yerinə yetirdikləri zərbələr ilə portuqallar 1/4 finala yüksəlib. Yığma bu mərhələdə Fransa ilə qarşılaşacaq. 

Daha öncə İsveçrə, Almaniya, İngiltərə və İspaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.

AÇ-2024
1/8 final

1 iyul

20:00. Fransa – Belçika 1:0
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf. “Merkur Spieal-Arena”.

23:00. Portuqaliya – Sloveniya 0:0 

Penaltilər seriyası: 3:0
Baş hakim: Daniele Orsato (İtaliya).
Frankfurt. “Valdstadion”.