EN

Portuqaliya AVRO-2024-ün 1/4 finalına yüksəlib

Avro-2024-ün 1/8 finalında Portuqaliya millisi Sloveniyaya qalib gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, normal vaxt 0:0 hesabı ilə başa çatıb.

Komandalar əlavə vaxtda da qol vura bilməyib. Matçın 105-ci dəqiqəsində portuqaliyalı Kriştiano Ronaldo penaltini qaçırıb.

1/4 finalda Portuqaliya Fransa ilə qarşılaşacaq. Qarşılaşma iyulun 5-də keçiriləcək.

Hazırkı Avropa çempionu 1/8 finalda İsveçrə millisinə uduzaraq Avro-2024-dən çıxan İtaliya millisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
operativmm.az

1Sources