EN

AÇ-2024: Fransa 1/4-də, Portuqaliya - Sloveniya matçının taleyini penaltilər müəyyənləşdirir- YENİLƏNİR

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha iki 1/4 finalçı müəyyənləşəcək.

Günün ilk qarşılaşması Düsseldorfda Fransa və Belçika milliləri arasında keçirilib. Görüşün taleyini bir qol həll edib. Vertongenin matçın sonlarına təsadüf edən avtoqolu Fransaya qələbə qazandırıb.

Saat 23:00-da isə Frankfurtda Portuqaliya və Sloveniya yığmaları münasibətlərə aydınlıq gətiriblər. Oyunun əsas və əlavə vaxtında qapılara qol vurulmayıb.  

AÇ-2024
1/8 final
1 iyul

Fransa - Belçika 1:0 
Qol: Vertongen, 85-öz qapısına.

Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf, "Esprit Arena".

Portuqaliya - Sloveniya 0:0 (penalti seriyası)
Baş hakim: Daniel Orsato (İtaliya).
“Frankfurt Arena”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
fanat.az

1Sources