EN

Hizbullahdan növbəti zərbə: İsrail itki verdi

Hizbullah döyüşçüləri Yuxarı Qalileydə yerləşən yaşayış məntəqələrində İsrail ordusunun mövqelərinə raket və minaatanlardan zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın məlumatında deyilir.

“İslam müqaviməti bölmələri Doviv, Kfar-Giladi, Maayan Barux, Metula və Ramot-Naftali yaşayış məntəqələrindəki hərbi hədəfləri atəşə tutublar. Bütün düşmən hədəfləri vurulub, bəzi hədəflərdə güclü partlayışlar eşidilib, yanğın başlayıb və düşmən itki verib”, - deyə bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
axar.az

1Sources