EN

Ankara fikrini dəyişdi: Kılıc Rubinyanla görüşdən imtina etdi

İyulun 2-də Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq.

Ednews xəbər verir ki, bu barədə erməni mətbuatı diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Görüş Ermənistan-Türkiyə sərhədində, Marqara keçid məntəqəsi ərazisində planlaşdırılıb”, - mənbə bildirib.

Qeyd edək ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması danışıqlarına Sərdar Kılıc (Türkiyə) və Ruben Rubinyan (Ermənistan) rəhbərlik edir.

***

Ankara fikrini dəyişərək, Türkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nə planlaşdırılan görüşdən imtina edib.

Bu barədə “Nyus.am” diplomatik mənbəyə istinadla məlumat yayıb.

“Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb”, - mənbə bildirib.

İclasın ləğv edilib-edilmədiyi hələlik məlum deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
ednews.net

1Sources