EN

Naxçıvan Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinet tərəfindən 1 iyul 2024-cü il tarixdə “Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Qərar qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Nazirlər Kabinetinin eyni tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilib.

Həmçinin “Turist-eksursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 sentyabr tarixli Qərarı ləğv edilib.

Bizim.Media

Chosen
111
20
bizim.media

10Sources