EN

Stoltenberq Çini Avropada müharibəni qızışdırmaqda ittiham edib

NATO-nun baş katibi Yens Stoltenberq Çini II dünya müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırmaqda ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini “Yomiuri Shimbun” qəzeti sitat gətirir.

“Çin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırır”, – deyə o vurğulayıb.

Stoltenberqin sözlərinə görə, Çin guya Rusiyanı PUA və raket istehsalında dəstəkləyir, onu texnologiya və elektronika ilə təmin edir. Bu baxımdan NATO-nun baş katibi hesab edir ki, alyans Pekinə təzyiq göstərmək üçün Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə tərəfdaşlığı gücləndirməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
nocomment.az

1Sources