EN

Finlandiya parlamenti ABŞ-nin hərbi obyektlərə girişi ilə bağlı sazişi təsdiqləyib

Finlandiya Parlamenti yekdilliklə ABŞ ilə Müdafiə Əməkdaşlığı Sazişini (DCA) təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, sənədə əsasən, Finlandiya ABŞ-yə özünün 15 hərbi obyektinə giriş imkanı verəcək və ABŞ-yə Finlandiyada müdafiə avadanlığı, təchizat və əsgərlər yerləşdirməyə icazə verəcək. 

Finlandiyanın müdafiə naziri Antti Hakkianen bəyan edib ki, saziş Finlandiya ilə ABŞ arasında münasibətləri əhəmiyyətli dərəcədə dərinləşdirəcək.

Finlandiya 2022-ci ilin mayında NATO-ya üzvlük üçün ərizə təqdim etdikdən sonra Vaşinqtonla müdafiə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlara başlayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources