EN

ABŞ-dən "Boeing"ə qarşı sanksiya

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) "Boeing 737 MAX 9" təyyarəsinin gövdəsinin bir parçasının düşdüyü insidentlə bağlı ictimaiyyətə açıqlanmayan məlumatı mediaya təqdim edərək, şuranın araşdırma qaydalarını pozduğu üçün "Boeing"ə qarşı sanksiya tətbiq edib.

525.az xəbər verir ki, NTSB-nin verdiyi açıqlamada şirkətin ictimaiyyətə açıqlanmayan araşdırma məlumatlarını mətbuata yayaraq və hadisə ilə bağlı spekulyasiyalar edərək, NTSB-nin təhqiqat qaydalarını və NTSB ilə tərəf razılaşmasını açıq şəkildə pozduğu bildirilib.

Açıqlamada bu pozuntunun "Boeing" kommersiya təyyarəsinin keyfiyyət üzrə baş vitse-prezidenti Elizabet Lundun mətbuat konfransı zamanı verdiyi məlumatdan sonra baş verdiyi və şirkətə qarşı bir sıra məhdudiyyət və sanksiyaların tətbiq edildiyi bildirilib.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
0
1
525.az

3Sources