EN

ABŞ bəzi hərbi bazalarda xəbərdarlıq səviyyəsini artırıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbçilərin təhlükəsizliyini təmin etmək üçün Avropanın bəzi ölkələrindəki hərbi bazalarda xəbərdarlıq səviyyəsinin artırıldığını təsdiqləyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqon məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada ABŞ-nin Avropa Komandanlığının (USEUCOM) xaricdəki ABŞ hərbi icmasının təhlükəsizliyinə təsir edən müxtəlif faktorları daim qiymətləndirdiyi və bu səylər çərçivəsində tez-tez hərbi üzvlərin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə addımların atıldığı qeyd edilib.

"Əməliyyat təhlükəsizliyi baxımından xüsusi tədbirlər görməyəcəyik, lakin ehtiyatlı qalacağıq" . - açıqlamada deyilib. Bəyanatda, USEUCOM Avropa sahəsində kadrlara şübhəli fəaliyyətlər barədə məlumat vermək, Dövlət Departamentinin səyahət tövsiyələrinə əməl etmək və şəxsi risklərin azaldılması üçün ehtiyatlı tədbirlər həyata keçirmək daxil olmaqla, hər zaman ayıq və sayıq qalmağı tövsiyə edib.

Malik Atilay 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
525.az

1Sources