EN

"Air France" Paris Olimpiadasına görə 160-180 milyon avro itirəcək

"Air France-KLM" bildirib ki, olimpiada fonunda sərnişinlərin Parisə uçmaq istəməməsi səbəbindən yay mövsümü üçün itkiləri 160-180 milyon avro təşkil edir. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Air France" və "Transavia France" 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar yay mövsümü üçün azalmış gəlir gözləntiləri ilə üzləşirlər. Fransa paytaxtına və oradan gələn nəqliyyat gözləniləndən və Avropanın digər böyük şəhərlərinə nisbətən aşağıdır", deyə aviaşirkətdən bildiriblər.

"Air France-KLM" indi 2024-cü ilin iyun-avqust ayları üçün 160 milyon avro ilə 180 milyon avro arasında potensial gəlir itkisini təxmin edir.

Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Olimpiya tədbirləri Paris, Paris ətrafı və Fransanın digər doqquz şəhərində səpələnmiş 35 məkanda baş tutacaq.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
106
4
valyuta.az

4Sources