EN

Promes "Spartak"la vidalaşıb

Moskvanın “Spartak” klubunun hücumçusu Quincy Promes  paytaxt komandası ilə vidalaşıb.

32gun.az bildirir ki, bu bərədə o "Instagram"da paylaşım edib.

"Mənim ailəm ömürlük" deyə Promes bildirib. 

Qeyd edək ki, Promesin "Spartak"la müqaviləsi iyunun 30-da başa çatıb. Klub onunla əmək müqaviləsini yeniləməyib.

Fevralın 14-də Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edib. İş üzrə məhkəmə iclası yanvarın 24-də baş tutub, prokurorluq Promesanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Fevralın 16-da hollandiyalı beynəlxalq axtarışa verilib. Onun da ailə məclisi zamanı əmisi oğlunu bıçaqladığına görə (1,5 il) cəzası var.

Nilay

Chosen
109
32gun.az

1Sources