EN

Konstitusiya dəyişikliyi: Ermənistan buna gedəcəkmi?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edib. Görüş zamanı Cənubi Qafqazda sülhün vacibliyini vurğulayan dövlət başçısı, bunun üçün Ermənistan konstitusiyasının dəyişilməsinin əsas şərt olduğunu qeyd edib.

 

Xatırladaq ki, Prezident İlham Əliyev bundan öncə də dəfələrlə Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyini qeyd edib, konstitusiyada qonşu dövlətlərə yönəlik ərazi iddialarının çıxarılmalı olduğunu deyib.

 

Maraqlıdır, bəs Ermənistan konstitusiya dəyişikliyinə gedəcəkmi? Bu ehtimal nə dərədə yüksəkdir?

 

Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Ermənistanda bəzi media orqanları iddia edir ki, 2026-cı ilə qədər Ermənistanda konstitusiya dəyişilə bilər. Paşinyan özü də deyirdi ki, konstitusiyaya dəyişilik etməyə zərurət yaranıb. Lakin bu, uzunmüddətli prosesdir, müzakirələr aparmaq lazımdır və s.

 

Ermənistan tərəfi çox güman ki, hakimiyyət olaraq bu haqda düşünür. Lakin burada bəzi prosedurlar mövcuddur. Öncə konstitusiyanın layihəsi hazırlanmalı, bu layihə ictimai müzakirəyə çıxarılmalı, bir müddət sonra isə referendum keçirməlidir. Layihəni hazırlamaq üçün isə dövlət başçısı göstəriş verir. Komissiya yaradılır, komissiya mətn üzərində işləyir və s. Biz hələ ki, belə bir ardıcıllığı görmürük. Yalnız sözlər, iddialar var.

 

Prezidentimizin də sözlərindən belə görünür ki, yaxın müddətdə Ermənistandan belə bir dəyişikliyə gedəcəyini gözləməyə dəyməz”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
moderator.az

1Sources