EN

“Barselona”nın 18 yaşlı hücumçusu “Çelsi”də

“Barselona”nın 18 yaşlı hücumçusu Mark Qiy “Çelsi”nin futbolçusu olub. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Çelsi ilə müqavilə imzaladığım üçün çox şadam. Buraya gəlməzdən əvvəl həyəcandan yuxuya gedə bilmirdim, çünki çox narahat idim. İngiltərə Premyer Liqası mənim üçün xəyal idi!”. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Qeyd edək ki, ötən mövsüm 18 yaşlı hücumçu “Barselona”nın əsas komandasının heyətində 7 oyunda iştirak edib və iki qol vurub. Qiy ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində “Antverpen”lə oyunda debüt qolunu vurmağı da bacarıb. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 7,5 milyon avrodur.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
matc.az

1Sources