EN

Tramp: "Demokratiya qələbə çaldı"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Birləşmiş Ştatların Ali Məhkəməsinin onun hüquqi təqibdən qismən toxunulmazlığa malik olması barədə qərarını demokratiyanın qələbəsi adlandırıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə o, "Truth Social " sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

"Konstitusiyamız və demokratiyamız üçün böyük qələbədir",- Tramp deyib.

 

Bundan əvvəl ABŞ Ali Məhkəməsi Trampın hüquqi təqibdən qismən toxunulmazlığına malik olduğuna dair qərar çıxarmışdı.

 

Tramp öz səlahiyyətləri daxilindəki bütün hərəkətlərə görə təqib olunmaqdan ehtimal olunan toxunulmazlığa malikdir.

 

Aprelin 25-də ABŞ Ali Məhkəməsi “Donald Tramp ABŞ-yə qarşı” işinə baxmağa başlayıb. Ali Məhkəmənin qərarı Trampa qarşı federal işlərə birbaşa təsir göstərir və Ağ Evin təqaüdçü rəhbərlərinə qarşı yeni məhkəmələr üçün presedent ola bilər.

 

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
sfera.az

1Sources