EN

Hakimlər Komitəsinin yeni sədri yaxın günlərdə bilinəcək - namizədlərlə danışıqlar gedir

Premyer Liqada yeni mövsümün başlamağına cəmi bir ay vaxt qalsa da, Hakimlər Komitəsində başsızlıqdır. Barış Şimşek bir müddətdir istefaya göndərilsə də, hələ də onun yerinə təyinat gerçəkləşməyib. 

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinə müraciət etdik. Sportal.az saytına açıqlama verən qurumun mətbuat katibi Elnur Məmmədli yaxın günlərdə təyinatın olacağını dedi: 

"Hakimlər Komitəsinin sədri ilə bağlı danışıqlar davam edir. Hazırda danışıqlar prosesi olduğu üçün hər hansı ad açıqlamaq doğru olmazdı. Yaxın vaxtlarda Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinat olacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
sportal.az

1Sources