EN

Netanyahu HƏMAS ordusunun ləğvinin yaxınlaşdığını AÇIQLADI

"İsrail ordusu Qəzza zolağında HƏMAS hərəkatının hərbi strukturunun ləğvini başa çatdırmaq üzrədir və onun qalıqlarına qarşı zərbələr davam edəcək".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib.

“Dünən ordunun Qəzza diviziyasına səfərdən qayıtdım, orada Rəfahda gedən döyüşlərdə çox böyük nailiyyətlər gördüm", - o, İsrail Müdafiə Qüvvələrinin Milli Təhlükəsizlik Kollecinin tələbələri ilə görüşü zamanı deyib.

Onun açıqlamalarını hökumət başçısının aparatı yayıb. 

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
1
redaktor.az

2Sources