EN

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub - FOTOLAR

Ucarda

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini Ravin Hüseynova məxsus "Kia" markalı minik avtomobili idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Daha sonra yolun əks istiqamətinə keçərək aşıb. Nəticədə sürücünün həyat yoldaşı Rişarə Həsənova hadisə yerində həyatını itirib. R. Həsənovanın sıxılmış halda qalan meyitinin çıxarılması üçün əraziyə FHN-in xilasediciləri cəlb olunub. Meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində Şəmkir rayon skainləri, 7 yaşlı Ayxan Ravin oğlu Hüseynov, 11 yaşlı Nuray Ravin qızı Hüseynli və 9 yaşlı Aylin Ravin qızı Hüseynli ağır xəsarət alıblar. Xəsarət alan uşaqlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Eltun MəmmədovUcarda

Diqqət Çəkənlər

Şəmsəddin Kuzəçi: İraq Türkmənlərinin Mədəniyyətini Qoruyan və Tanıdan Böyük Elm Adamı

Türkiyədə suriyalı miqrantın 6 yaşlı qıza təcavüz etdiyi iddia edilir - VİDEO

Gələn ayın ilk günü hava yağıntılı olacağı bildirildi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
ulusum.az

1Sources