EN

"Oynamayacağamsa, o kluba keçmək mənasızdır" - Gürcüstan millisinin qapıçısı

Gürcüstan millisinin və "Valensiya"nın qapıçısı Georgi Mamardaşvili "Bayern Münhen"ə keçə biləcəyi ilə bağlı yayılan xəbərləri cavablandırıb.

Fanat.Az xəbər verir ki, "Sky News" AÇ-2024-də özünü yaxşı tərəfdən göstərən gürcü qolkiperin dediklərini belə çatdırıb:

“Bayern"? Onlar dünyanın ən yaxşı qapıçısına sahibdirlər. Odur ki, ora keçidim müzakirə oluna bilməz. Mən "Bayern"ə daim oynayacağım halda keçərdim. Oynamayacağamsa, getmək mənasızdır”.

Mamardaşviliyə “Atletiko Madrid” və “Çelsi” klublarından da maraq olduğu bildirilir.

Mirağa

Chosen
121
fanat.az

1Sources