EN

Moldova Aİ-dən ölkəyə tədarük olunan qazın qiymətini artırdığını açıqlayıb

Moldovanın Avropa İttifaqından təbii qaz alışının dəyəri iyulda 16 avrodan çox artaraq 1 min kubmetr üçün 366 avroya çatacaq.

Bu barədə Moldovaqaz paylayıcı şirkətinin rəhbəri Vadim Çeban məlumat verib.

“Moldovaqaz SC və “Energocom” SC arasında təbii qazın alınmasına dair müqavilə şərtlərinə uyğun olaraq, 2024-cü ilin iyul ayında alış qiyməti 34,43 avro/MVt təşkil edəcək ki, bu da min kubmetr üçün 366,34 avroya və ya min kubmetr üçün 7030,01 leyə bərabərdir” – o, Teleqram kanalında yazıb.

"Qərar kubmetr üçün maksimum proqnozlaşdırılan 10,64 kVt/saat kalorifik dəyər və cari məzənnə əsasında qəbul edilib",- Çeban bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
5
aznews.az

2Sources