Dağıstanda dini geyimlə bağlı bəzi qaydalar qadağan edilir.
Azpost.info bildirir ki, bu barədə Dağıstanın başçısı Sergey Melikovun ictimaiyyətlə keçirilən görüşündə məlum olub.
Dağıstanın muftisi Əhməd Abdullayev niqabın qadağan olunacağını bəyan edib: “Yaxın günlərdə niqab taxmağı qadağan edən fətva veriləcək” -deyə o çıxışında bildirib.