EN

İlham Əliyev: Sülh müqaviləsinin mətni bir neçə aya yekunlaşa bilər

“Sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik”. Bunu prezident İlham Əliyev iyulun 1-də Kanadanın yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib. “Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər – əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”. İlham Əliyev deyib ki, bu, Ermənistanın öz konstitusiyasına dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq: “Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”. Qayıdış hüququ ilə bağlı səfirin şərhinə cavabındasa deyib ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalıdır. Bu Ermənistanı tərk etmiş azərbaycanlılara da şamil olunmalıdır. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
xural.com

1Sources