EN

Azərbaycanda 92 və 95 benzinin Avro-5 standartda istehsalı ölkəyə nə verəcək...

Image

Elşad Məmmədli: “Yerli istehsalın inkişafı birbaşa qiymətllərin sabitləşməsinə şərait yaradır”

Məlumdur ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda Avro-5 standartına cavab verən Aİ-95 markalı avtomobil benzini istehsalına başlanılır.

SOCAR-ın yaydığı məlumatda bildirilir ki, emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir: “Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb”.

Azərbaycanda Avro-5 standartına uyğun olaraq Aİ-92 və Aİ-95 markalı avtomobil benzinlərinin ölkəmizdə istehsal olunması bir çox aspektdən əhəmiyyətlidir. Adıçəkilən markalı benzinlərin daxildə istehsal olunması ilk növbədə ekologiyanın təmizlənməsi baxımından əhəmiyyətlidir.

“A-92 və A-95 markalı avtomobil benzinlərinin ölkəmizdə istehsal olunması  bir sıra istiqamətlər üzrə qiymətlərin endirilməsinə səbəb ola bilər” 

Iqtisadçı ekspert Elşad Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yerli istehsalın inkişafı birbaşa qiymətllərin sabitləşməsinə şərait yaradır. Bu bir daha onu göstərir ki, investisiya daha yerli iqtisadiyyatın inkişafına yatırılmalıdır: “Daxili bazar istehsal həcminin genişləndirilməsi üçün böyük bazar lazımdır. Bu da yerli məhsulların xarici bazarda formalaşdırılmasını məqsədəuyğun edir”.

Həmsöhbətimiz hesab edir ki, A-92 və A-95 markalı avtomobil benzinlərinin ölkəmizdə istehsal olunması üçün müvafiq şərait var: “Ümumiyyətlə, emal sektorunun inkişafına böyük zərurət var. Yerli istehsalın və yerli istehsal üçün regional bazarların formalaşdırılmasına ehtiyac var. A-92 və A-95 markalı avtomobil benzinlərinin ölkəmizdə istehsal olunması  bir sıra istiqamətlər üzrə qiymətlərin endirilməsinə səbəb ola bilər. Həmçinin, yerli istehsal ekologiyanın təmizlənməsi baxımından da önəmlidir”.

Günel CƏLİLOVA





Chosen
111
1
baki-xeber.com

2Sources